Azərbaycanda dolları olanlara BƏD XƏBƏR

Azərbaycanda dolları olanlara BƏD XƏBƏR
Azərbaycanın kommersiya banklarında son günlər ABŞ dollarının nağd məzənnəsinin artması müşahidə olunur. 

Sfera.az report-a istinadən xəbər verir ki, əgər ötən həftənin son iş günündə nağd dolları 1,73 manata almaq olurdusa, bu gün banklar dolları ən yaxşı halda 1,78-ə satır. Qeyd edək ki, bu gün, fevralın 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərracında dolların rəsmi məzənnəsi 1,7296 manat səviyyəsinə qədər geriləsə də, banklarda dolların satışı məhdudlaşdırılmaqla bərabər məzənnəsi artıb. 

"Report"un analitik qrupu hesab edir ki, nağd dolların bir qədər bahalaşması səbəbi son iki həftə ərzində dollar aktivlərini orta hesabla 1,85 AZN/USD qiyməti ilə manata konvertasiya edən əhalinin yenidən alıcı kimi bazara üz tutması ilə bağlıdır: "Bu prosesin yaxın bir həftə ərzində bitməsi və gələn həftədən dolların məzənnəsinin kommersiya banklarında yenidən düşməsi proqnozlaşdırılır. Həmçinin, banklar da dolların qiymətindəki volatillikdən səmərəli istifadə edir. Əsas fəaliyyət gəlirlərindən məhrum olan banklar çıxış yolunu valyuta mübadilə əməliyyatlarında axtarır". 

"Report"un analitikləri yaxın perspektivdə rəsmi məzənnənin 1,65 AZN/USD, nağd məzənnənin isə 1,60 AZN/USD səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar: "Neft qiymətlərinin yüksək səviyyədə qalması, hətta 65 dollar/barelə qədər yüksəlmə ehtimalı, habelə Azərbaycanda manat kütləsi və əhalinin real gəlirlərinin azalması dollara tələbatı aşağı salmaqda davam edəcək".

OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...