Azərbaycanda dollar sabit qaldı, avro isə ucuzlaşdı

Azərbaycanda dollar sabit qaldı, avro isə ucuzlaşdı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 11-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8824 manatdan 1,8719 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0296 manatdan 0,0295 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4776 manatdan 0,4648 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdan 2,1575 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6469 manatdan 0,6472 manatadək bahalaşıb.


OXŞAR XƏBƏRLƏR