Azərbaycanda devalvasiya gözlənilirmi? - Vahid Əhmədovdan PROQNOZ

Azərbaycanda devalvasiya gözlənilirmi? - Vahid Əhmədovdan PROQNOZ
"Yaxın illərdə Azərbaycan manatının devalvasiyaya uğrayacağı ilə bağlı heç bir təhlükə görmürəm".

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. 

V.Əhmədov manatın məzənnəsinin daha çox dünyada neftin qiymətindən asılı olduğunu söyləyib:

"Faktiki olaraq, dünyada neftin qiyməti 60 dollardan yuxarıdır və bu qiymət sabit qalıb. Digər tərəfdən isə Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın məzənnəsi ilə bağlı tənzimlənmə prosesi həyata keçirilir. Eyni zamanda Azərbaycanda ixrac idxalı üstələyib və ticarət balansında müsbət saldo yaranıb. Bütün bunlar isə yaxın vaxtlarda manatın devalvasiyaya uğramayacağına ümid yaradır". 

Deputat qeyd edib ki, 2017-ci ildə olduğu kimi, hazırda da Mərkəzi Bank tərəfindən pul kütləsinə nəzarət gücləndirilib: 

"Əgər vəziyyət indiki səviyyədə qalarsa, idxal-ixrac əməliyyatlarında problem olmazsa, o zaman Azərbaycan manatının məzənnəsində ciddi dəyişiklik olmayacaq".


Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR