Sağlıq

Azərbaycanda dərman zəhərlənmələrinin sayı artıb

Azərbaycanda dərman zəhərlənmələrinin sayı artıb
Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı artıb.

Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 2016, 2018-ci ildə isə 2169 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb.

Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 778 nəfəri və ya 36,9 faizi dərmandan zəhərlənib. Zəhərlənməyə səbəb olan dərmanlar arasında sedativ tərkibli, yəni əsəbə qarşı dərmanlar üstünlük təşkil edib. Dərman zəhərlənmələrin 40 faizə yaxını sedativ tərkibli dərmanlarların qəbulu ilə əlaqədardır.

Kimyəvi zəhərlənmələr sırasında say çoxluğuna görə ikinci yeri yandırıcı məhlullardan zəhərlənmə halları tutub. Ötən il zəhərlənənlərin 309 nəfəri və ya 14,2 faizi yandırıcı məhlullardan zəhərlənib ki, onların da əksəriyyəti (236 nəfər) sirkə turşusunun qəbulundan baş verib.

İ.Əfəndiyev bildirib ki, kimyəvi zəhərlənmələr arasında üçüncü yeri dəm qazından zəhərlənmə halları tutub. Ötən il dəm qazından 279 nəfər zəhərlənib ki, bu da bütün kimyəvi zəhərlənmələrin 12,9 faizini təşkil edib.
Ümumilikdə bütün illərdə zəhərlənmələrin strukturunda qadınların, xüsusilə 20-29 yaşlıların sayı çox olub.

Toksikoloqun sözlərinə görə, zəhərlənmələr sırasında sui-qəsd xarakterli olmayan məişət zəhərlənmələri (dəm qazı zəhərlənmələri, ilan sancmaları, zəhərli göbələklərdən zəhərlənmələr və s.) üstünlük təşkil edir. Ötən il ərzində 1302 nəfər məişət, 867 nəfər sui-qəsd xarakterli zəhərlənməyə məruz qalıb.

Baş toksikoloq ötən il ərzində 10 nəfərin meşələrdən yığılan yabanı göbələyin qəbulundan zəhərləndiyini söyləyib.

İ.Əfəndiyev qeyd edib ki, ümumilikdə kimyəvi zəhərlənmə nəticəsində baş verən ölüm halları azalıb. Ötən il zəhərlənmə hallarının 2,4 faizi ölümlə nəticələnib ki, bunların da əksəriyyətini yandırıcı məhlullar qəbul etmiş şəxslər olublar.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30