Azərbaycanda dəhşətli yol qəzaları: 5 ölü
15:12 / 23.05.2017
1307
İranın Azərbaycan vilayətinin Miyandab-Bukan və Miyandab-Mahabad yollarında ağır yol qəzaları baş verib.
Miyandab Yanğından Mühafizə İdarəsinin rəisi Yadigar Ləndəniani Miyandab-Bukan yolunda "Santafe” və "Peykan” markalı avtomobillərin toqquşması nəticəsində "Peykan”da olan 4 sərnişinin yerindəcə həlak olduğunu, "Santafe”nin sürücüsünün isə yaralandığını bildirib.
Yadigar Ləndəniani Miyandab-Mahabad yolunda baş verən qəza zamanı isə "Pejo” markalı minik avtomobili ilə "Volvo” yük maşınının toqquşduğunu və nəticədə "Pejo”nun 25 yaşlı sürücüsünün maşının içində yanaraq həlak olduğunu deyib.