Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş - RƏSMİ + FOTO
11:50 / 26.05.2020
2198
Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində "Saipa” və "Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.