Azərbaycanda dəfinə tapıldı - FOTO

Azərbaycanda dəfinə tapıldı - FOTO

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb. Tədqiqat işləri zamanı aşkar olunan dəfinə təsərrüfat küpünün içərisində çoxlu sayda mis sikkələrdən ibarətdir.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,  tapılan 273 ədəd mis sikkə tədqiq olunmaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Sikkələr numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq olunub. Həmçinin, mis sikkələr AMEA Radiasiya Problemləri İnstitutunun "Radiokimya laboratoriyası"nda kimya elmləri namizədi Rauf Quliyev tərəfindən kimyəvi üsullarla təmizlənib və onların üzərində aparılmış elmi-tədqiqat işləri tam başa çatdırılıb.

Mis dirhəm və fəlslərdən ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə (XII əsr) aiddir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən məlum olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk olunub. Digər tərəfində isə "Qurani Kərim"in "Tövbə" surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.

Dəfinə nümayiş etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...