Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır (AÇIQLAMA)

Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır (AÇIQLAMA)
 Tanınmş müğənni Günel Ələkbərovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb.
 
Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
 
Məlumata görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. 
 
Azxeber.com məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb.
 
Günel belə bir hadisənin baş vermədiyini qeyd edib: "Bu düz məlumat deyil. Belə işlərdə mənim adımı hallanması düzgün deyil. Məni heç bir yerə çağırmayıblar. Mənim Təranə Səmədova ilə keçmişdə iş birliyim olub. Bu o demək deyil ki, mənim də bu işdə əlim var. Bu xəbər kim çıxarıbsa, ənkə böyüyünün ağzi ilə qələt edir. Belə çirkab işlər də kimlərsə mənim adımı hallandırması yol verilməzdi. Mən yoldan keçən insan deyiləm, ailəliyəm, mənim övladım var.
 
Günel produser Təranə ilə aralarının soyuq olduğunu da deyib gizlətməyib. "Mənim kimsəynən inciməklə aram yoxdur. Bakıdır, balaca şəhərdir, hamı bir-birini yaxşı tanıyır. Üz-üzə gəlirik. Əvvəl ARB-də mənim veriliş var idi, indi o verilişimi aparır. Mənə qarşı düzgün hərəkət olunmadı. Veriliş telekanalın deyildi, prodakşn layihəsi idi. Hazırda telekanalla münasibətlərimiz yaxşıdır. Layihə rəhbəri nə istəyir edirdi. Kiminsə haqqı yoxdur, kiminsə çörəyinə bais olsun. Bu düzgün addım deyildi. Mən ümumiyətlə, kinli insan deyiləm. Onun da övladı var, Allah ruzusunu versin. Yeganə insanam ki, həftədə bir dəfə veriliş olmasına baxmayaraq 5 sponsorla başladım. İnşallah yenidən tamaşaçıların qarşısına yeni layihə ilə çıxacam”

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...