Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Mingəçevir şəhərində doğuş zamanı körpə ölüb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Əliyeva Zamiyə Maarif qızı oktyabrın 20-də doğuş üçün xəstəxanaya müraciət edib. Bu gün isə doğuş zamanı o, körpəsini itirib.

 

Qeyd edək ki, bu Z.Əliyevanın ilk doğuşu olub.


OXŞAR XƏBƏRLƏR