Azərbaycanda çadır düşərgəsində böyüyən qız Paris və Nyu-Yorku silkələdi (VİDEO)

Azərbaycanda çadır düşərgəsində böyüyən qız Paris və Nyu-Yorku silkələdi (VİDEO)
 Səidə Muradova Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət Nyu-Yorka yollanıb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.

"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, - Səidə Muradova deyir. 


OXŞAR XƏBƏRLƏR

"Bununla bağlı bizdə yanlış təsəvvür var" – Elm və təhsil naziri

“Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür var".   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Mək...

Arteta "Arsenal"ın məğlubiyyətini ŞƏRH ETDİ: "14 ildir ki..." 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasındakı məğlubiyyətini şərh edib.   Sfera.az xəbər verir ki, mütəxəssis k...

Zaxarova Ermənistan-ABŞ-Aİ görüşü barədə: “İrəvandan cavab və təkzib gözləyirik”

“Mətbuatda ABŞ və Avropa İttifaqı (Aİ) ilə “hərbi-siyasi razılaşmalar” haqqında məlumat dərc edildikdən sonra Rusiya Ermənistandan aydın cavab...

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır.  Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıql...

Baş prokuror Çinə SƏFƏR ETDİ - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Ç...

İlk süni intellekt gözəllik yarışması KEÇİRİLƏCƏK -  5000 dollar mükafat və...

Dünyanın ilk süni intellekt gözəllik yarışması keçiriləcək.   Sfera.az bildirir ki, “World Artificial Intelligence Creators Awards” (WAI...