Azərbaycanda bu universitetin rektorunun 92 yaşı var: İşdən gedə bilərdim amma ...

Azərbaycanda bu universitetin rektorunun 92 yaşı var: İşdən gedə bilərdim amma ...
"Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”.  
ƏTRAFLI
166.az
Sfera.az bildirir ki, bunu Azvision.az -a açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.  Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib:   "Mən gedə bilərdim. Lakin buranın yaranışına necə başlamışıqsa, elə də davam etməsini istəyərdim. Sonra gördüm ki, yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım. Yeni rəhbərin gəlib qurduğumuz işi apara bilməməsindən narahat idim. Mənim yerimə göstərilən namizədlərlə danışanda onların məni əvəzləyə biləcək insanlar olmadığını gördüm. Hər şeyi başqa cür edən insanlardır. Bu isə məni qane etmədi. Buna görə də kollektiv mənim qalmağımı istədi”.   Ö.Eldarov öz yerinə prorektorlardan kiminsə təyin olunmasını istədiyini qeyd edib: "Rektorluqdan getməyim barədə ərizə verməmişdən öncə müvafiq instansiyaya müraciət etmişdim. Onlara demişdim ki, yarı gün Akademiyaya, yarı gün elmalatxanaya getmək istəmirəm. Son illərimi yaradıcılığa həsr etməyi düşünürəm. Mənə dedilər ki, gedə bilərsiniz və biz sizin yerinizə cavan, enerjili gənclər təyin edərik. Bununla razılaşmadım. Dedim ki, hazırda Akademiyada mövcud olan rəhbərlikdən seçsinlər və işlərini davam etdirsinlər. Digərləri gəlsə, burada öz ambisiyasını göstərəcək. Bu isə bizə lazım deyil. Kollektiv yekdilliklə, hətta mənim vəzifəmdə olmaq istəyənlər də getməməyim üçün imza topladı və mən də hələlik getmirəm”. 

OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...