Azərbaycanda bu sahə üzrə ciddi mütəxəssis çatışmazlığı var

Azərbaycanda bu sahə üzrə ciddi mütəxəssis çatışmazlığı var
Aqrar sahə sığorta standartlarına cavab verməlidir. Bu sahədə sığorta üçün böyük risklər mövcuddur.

Bunu Trend-ə sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda tətbiq edilən kənd təsərrüfatı sığortası dünya təcrübəsinə uyğunlaşdırılmalıdır:

"Hələ Sovet dövründə Azərbaycanda ən geniş tətbiq olunan sığorta növlərindən biri kənd təsərrüfatı sığortası olub. Hazırda kənd təsərrüfatı sığortası ilə məşğul olan şirkətlərin sayı olduqca azdır. Yalnız 1-2 şirkətin bu sahədə məhsulları var. Onlar fermerlərə bu sahədə müəyyən təkliflər təqdim edə bilirlər. Lakin bu aqrar sahə üçün olduqca azdır”.

 

Mütəxəssisin fikrincə, kənd təsərrüfatı sığortası sahəsində Azərbaycanda ciddi mütəxəssis çatışmazlığı var:

"Ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı olduğundan sığorta üçün risklər düzgün qiymətləndirilmir. Bu gün fermer təsərrüfatlarının əksəriyyəti standartlardan geridə qalırlar. Ötən illərin təcrübəsi də onu göstərir ki, Azərbaycanda fermerlərə paylanılan mal-qaranın bir hissəsi baxımsızlıqdan məhv olub. Bitkiçilik sahəsində də vəziyyət fərqli deyil. Fermerlər bir çox hallarda aqrotexniki qaydalara əməl etmirlər. Bu da ona gətirib çıxarır ki, aqrar sektor sığorta üçün olduqca riskli sahəyə çevrilir. Sığorta şirkətləri bu sahəyə maraq göstərmir”.

X.Məmmədxanlı qeyd edib ki, yeni tətbiq olunacaq aqrar sığorta modeli dünya standartlarına uyğun olmalıdır:

"Azərbaycanda tətbiq olunacaq model Türkiyə təcrübəsinə yaxın ola bilər. Bu təcrübə ondan ibarətdir ki, sığorta haqqının müəyyən bir hissəsini fermer, yerdə qalan hissəsini dövlət ödəyir. Bu, sektoru stimullaşdırır. Ancaq sığortadan öncə çalışmaq lazımdır ki, fermer təsərrüfatları standartlara cavab versin. Məsələn, bitkiçilikdə dərmanlanma, alaq otlarının təmizlənməsi, vaxtında suvarılma, heyvandarlıqda isə mal-qaranın saxlanma şəraiti, müəyyən vaksinlərin vaxtında vurulması, onların normal şəraitdə saxlanılması, otarılması və s. müvafiq tələblərə cavab verməlidir. Aqrar sahə ilk növbədə sığorta standartlarına cavab verməlidir”.

OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...