Azərbaycanda bu məmurlar cəzalandırılacaqlar

Azərbaycanda bu məmurlar cəzalandırılacaqlar
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 528-1 (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi) maddəsinin əlavə edilməsi təklif olunur.
 
Layihəyə görə, ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısı, həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manata qədər cərimə ediləcək.
 
İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına, düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manata qədər cərimə ediləcək.
 
İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manata qədər cərimə ediləcək.
 
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...