Azərbaycanda bu iki qurum birləşdirilir

Azərbaycanda bu iki qurum birləşdirilir
Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatı ilə Dünya Azərbaycanlıları Assambleyası birləşmək barədə qərar qəbul edib.
 
Sfera.az bildirir ki, bu qərar Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti ilə Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev arasında keçirilən görüşdə qəbul olunub. İki diaspor təşkilatı rəhbərinin arasında keçirilən görüşdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ölkəmizin dünyada tanıdılması və haqq səsinin beynəlxaq ictimaiyyətə çatdırılmasına dair müzakirələr aparılıb, sözügedən məsələlərin həlli ilə bağlı gələcək planlardan danışılıb.

Müzakirənin sonunda yuxarıda adı çəkilən iki təşkilatın birləşməsi barədə razılaşma əldə olunub və birləşmə qurultayının bu ilin sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə diaspor təşkilatının da birlik qurultayını dəstəkləyəcəkləri gözlənilir. Artıq Beynəlxalq Diaspor Mərkəzi və Yaxın Şərq Azərbaycanlıları Konqresi də birləşmə ideyasına dəstək verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının mərkəzi İsveç Krallığının Malmö şəhərində, Dünya Azərbaycanlıları Assambleyasının baş ofisi isə Almaniya Federativ Respublikasının Köln şəhərində yerləşdir.(trend)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...