Azərbaycanda bu icra başçısı vətəndaşları qəbul etmir - FOTO
16:10 / 25.11.2019
3010
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşları qəbul etmir.
Sfera.az xəbər verir ki, unikal.org-a müraciət edən rayon sakinləri bildirir ki, icra başçısı vətəndaşların problemlərini dinləmək istəmir. Belə ki, icra hakimiyyətinin inzibati binasında rəsmi qəbul günləri qeyd edilib. Buna baxmayaraq, başçısı Qəzənfər Ağayevin qəbuluna sakinlər düşə bilmir.