Azərbaycanda bu banklar bağlanacaq – Vahid Əhmədovdan AÇIQLAMA

Azərbaycanda bu banklar bağlanacaq – Vahid Əhmədovdan AÇIQLAMA
Yaxın vaxtlarda Azərbaycanda daha bir neçə bankın və filiallarının lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul olunacaq. 

Bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat verilib. 

Məlumata görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının müvafiq qərarları yaxın vaxtlarda elan olunacaq.

"Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə müvafiq işlər aparır, ciddi narazılıq yaradan bankların fəaliyyəti araşdırılır”. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Sfera.az-a bildirib ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank mövcud olan 30 bankın sağlamlaşdırılması istiqamətində ciddi iş aparır: 

"Bankların sağlamlaşdırılması ilə bağlı işlərə Maliyyə Bazarlarına Nəzarət Palatası baxır. Bunun da ciddi nəticələri olacaq”. 

V.Əhmədov qeyd edib ki, Azərbaycanda bankların sağlamlaşdırılması və birləşdirilməsi istiqamətində ciddi işlər görülür: 

"Ona görə də banklarla bağlı ciddi problemlər olmamalıdır. Gələcəkdə hər hansı banklarda problem yaranarsa, onların birləşməsi ilə bağlı müvafiq əməliyyatlar həyata keçirilə bilər”.

Deputat Azərbaycanda ciddi narazılıqlar yaradan bankların artıq bağlanıldığını söyləyib:

"Ciddi narazılıqlar olan bir neçə banklar bağlanılıb, birləşdirilib və bu sahədə sağlamlaşdırılma həyata keçirilib. Hələlik bu sahədə ciddi problemlər görmürəm. Zaman-zaman olarsa, bu istiqamətdə də addımlar atılacaq”.
 
Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...