Azərbaycanda bu ailələrə ayda 10 manat veriləcək

Azərbaycanda bu ailələrə ayda 10 manat veriləcək
 Nazirlər Kabineti ‘Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, qərara əsasən ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.

Həmin pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Nazirlər Kabineti yeni qərarın qəbulu ilə əlaqədar  "Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” 1993-cü il 8 fevral tarixli qərarını ləğv edib. Qüvvədə olan həmin qərara əsasən ailələrə öz büdcələrini apardıqlarına görə verilən pulun ayda miqdarı 1,65 manat qədər müəyyən edilib.
14


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...