Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu

Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu
Moskvanın cənub-qərbində Azərbaycanda bir neçə sifarişli qətl törətməkdə şübhəli bilinən killer İlya Şabanov saxlanılıb.
 
Bu barədə "Mash” Teleqram kanalı məlumat yayıb.

Şabanov 2012-ci ildə biznesmen Rauf Həsənovun qətlindən sonra beynəlxalq axtarışa verilib. Sonuncunun cəsədi 2010-cu ilin mayında Bakıdan 70 kilometr şimalda Xızı rayonunun ərazisində tapılıb. Killerə qarşı odlu silah və partlayıcı maddədən istifadə etməklə sui-qəsd maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına əsasən, 2009-cu ilin oktyabr ayında Bakı sakini R.Həsənov öz avtomobilində evindən çıxıb və bir daha qayıtmayıb. Noyabrın 5-də aonun avtomobili Qubada yandırılmış vəziyyətdə aşkarlanıb. Həsənovun cəsədi isə may ayında su kanalında tapılıb.

İstintaq müəyyən edib ki, qətli digər iştirakçısı "Ayna” nəşriyyatının rəhbəri Fərhad Süleymanovdur. O, 2010-cu ilin fevral ayında ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Axtarışlar zamanı onun evində İtaliya istehsalı olan tapança və yeddi güllə aşkarlanıb.

Süleymanov istintaqa ifadəsində bildirib ki, öldürülən Həsənov və Moskvada yaşayan iş adamı Mustafa Aslanov arasında birgə fəaliyyət nəticəsində əldə edilən beş milyon dolların bölüşdürülməsi zamanı mübahisə yaranıb. Aslanov partnyorunu öldürmək qərarına gəlir, və bunun üçün Azərbaycana tanışı İlya Şabanovu göndərir.

2009-cu ilin oktyabrın 31-də Şabanov Nərimanov rayonunda Həsənov və Süleymanovla görüşüb, onu Görədildəki evə gətirərək güllələyib. İzi itirmək üçün qatillər cəsədi Samur-Abşeron kanalına atıblar. Bundan sonra Süleymanov Həsənovun avtomobilini Qubaya aparıb və yandırıb.

Hazırda Şabanovun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Süleymanov isə 2012-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilib./oxu.az
www.oxu.az
 

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...