Azərbaycanda bir neçə şirkət koronavirusla mübarizəyə dəstək verdi

Azərbaycanda bir neçə şirkət koronavirusla mübarizəyə dəstək verdi
 Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Unitrade MMC, İntend MMC və Ceylan MMC qrup şirkətləri tərəfindən 50 min manat məbləğində dəstək göstərilib. 

Sfera.az xəbər verir ki, Unitrade MMC, İntend MMC və Ceylan MMC şirkətləri aparıcı dünya istehsalçıları olan Unilever, Beiersdorf, Nutricia, Splat, Garafalo, Mumtaz məhsullarının Azərbaycan Respublikasına idxalı və ölkədaxili dağıtımı ilə məşğuldur. 

Mövcud vəziyyətlə əlaqədar olaraq, şirkətlər ölkə əhalisinin gündəlik tələbat mallarına olan ehtiyaclarının fasiləsiz təmin edilməsi üçün əlavə tədarük və təchizat tədbirləri görməkdədir. 

Bununla yanaşı, şirkətlər qrupu Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında müştərilərin və əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparır.

OXŞAR XƏBƏRLƏR