Azərbaycanda bəzi kənd təsərrüfatı mallarının qiyməti ucuzlaşa bilər – PROQNOZ

Azərbaycanda bəzi kənd təsərrüfatı mallarının qiyməti ucuzlaşa bilər – PROQNOZ
Xəbər verdiyimiz kimi illik istehsal gücü 25 min ton olan və 26 nəfərin işlə təmin olunacağı "KƏHF” MMC müəssisəsində balıq yemi, gələcəkdə isə mal-qara üçün və digər növ yemlərin istehsalı nəzərdə tutulub. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.
 
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu da sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır.

Bəs yem zavodunun inşası kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir edəcəkmi?
 
İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bu zavodun ölkə iqtisadiyyatına təsirlərindən danışıb:
 
"İstər mal-qara, istərsə də quş yemi ilə bağlı olaraq Azərbaycanda kifayət qədər problem var. Çünki ölkədə yemin baha olması qiymətlərin də artmasına təsir edir. Son iki ildə bunu müşahidə etmişik. Ət məhsullarının qiymətindəki ciddi artım da yem çatışmazlığı və yem qiymətlərinin yüksək olması ilə əlaqədardır. Ənənəvi heyvandarlıqla məşğul olan rayonlarda texnki bitkilərin əkilməsinə start verilərkən ölkənin yem bazası daraldı ki, bu da qiymətlərin daha da artmasına səbəb oldu”.
 
N.Cəfərlinin sözlərinə görə, yem zavodunun inşası bu sahədə bir sıra ciddi problemlərin həll olunması ilə nəticələnəcək:
 
 "Yeni zavodun inşası ilə normal qiymət siyasəti yürüdülsə, bazara daha keyfiyyətli yem çıxarılsa, qiymətlərdə də azalma müşahidə edəcəyik”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...