Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri — VİDEO
13:10 / 26.05.2020
4692
Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.