Azərbaycanda benzinin qiyməti artdı

Azərbaycanda benzinin qiyməti artdı

Respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.

 "Report”a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Əldə etdiyimiz məlumata görə, "Aİ-95” premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə "Aİ-95” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq. 

Qeyd etdiyimiz kimi, hazırda "Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0,95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda "Aİ-92” markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir. 

 


OXŞAR XƏBƏRLƏR

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...