İqtİsadİyyat

Azərbaycanda bağlanmış 6 bankın əmlakı satışa çıxarılır

Azərbaycanda bağlanmış 6 bankın əmlakı satışa çıxarılır
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard” QSC, "Texnika Bank”, "Atra Bank”, "Kredo Bank”, "Bank of Azerbaijan” və "Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

Sfera.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 20 lot üzrə əmlak 1-ci dəfə, 9 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır. 

Sentyabrın 3-də keçiriləcək hərracda investorlara 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd POS-terminal təklif ediləcək. 

Hərrac açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılacaq əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanm... linki vasitəsilə tanış olmaq olar.

Xatırladaq ki, ADIF indiyə qədər hərraclarda ləvedicisi olduğu "Bank Standard” QSC, "Texnika Bank”, "Bank of Azerbaijan”, "Zamin Bank”, "Deka Bank" və "Royal Bank” ASC-lərə məxsus 17 ədəd avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, 4 lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi evi, Qubada qeyri-yaşayış sahəsi, İsmayıllıda isə torpaq sahəsi satıb.
AdRiver

XƏBƏR LENTİ