Azərbaycanda avtobuslarda çay, qəhvə və WI-FI pulsuz oldu -Fotolar

Azərbaycanda avtobuslarda çay, qəhvə və WI-FI pulsuz oldu -Fotolar
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahatlığını təmin etmək üçün yeniliklər edir. Avtovağzal Kompleksinin rəhbərliyi daşıyıcı şirkətlərlə mütəmadi danışıqlar aparır, sərnişinlərin təhlükəsiz və rahat şəraitdə səfərini təmin etmək üçün tələblər qoyur. Artıq bir neçə müddətdir ki, uzaq yola çıxan reyslərdə vətəndaşlara yol boyu pulsuz və limitsiz çay, qəhvə, meyvə şirəsi və eləcə də WI-FI xidməti verilir.

Sfera.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, uzun məsafəyə gedən avtobusların təxminən 90%-i sərnişinlərə əlavə xidmətlər göstərir.

"Bakı Beynəlxalq Avtovağzalının qarşısında duran əsas məsələlərdən bir ilk növbədə bilet sistemini şəffaflaşdırmaq, sərnişinlərin biletləri kassalardan almasına şərait yaratmaq idi. Artıq sərnişinlə sürücü arasında bu məsələ ilə bağlı heç bir dialoq yoxdur.

Bugün əminliklə deyə bilərik ki, hazırda kassalardakı bilet satışında heç bir problem yaşanmır. Hazırda vətəndaşlar həm avtovagzal.az saytından online şəkildə, həm də avtovağzaldakı kassalara yaxınlasıb istər öncədən satış kassalarından (10 gün öncədən satış başlayır), istərsə də həmin gün üçün bilet əldə edə bilərlər. Sərnişinlərin gedəcəyi istiqamət üzrə biletlərin qiymətləri kassanın üzərində, eləcə də monitorlarda əks olunub. Gözləmə zallarımızda da sərnişinlər üçün şərait yaradılıb. Hansı ki, səfəri bir neçə saat sonraya olan sərnişinlər rahat şəkildə orada gözləyə bilərlər. BBAK hazirda xidmət səviyyəsini yüksəltmək, sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək üçün addımlar atır”.

Pərvin xanım həmçinin yaxın günlərdə başqa yeniliklərin olacağını əlavə etdi. 
 



OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...