Azərbaycanda alman xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər

Azərbaycanda alman xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər
 İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

"Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, Azərbaycanda yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub.

Nazir Şahin Mustafayev bildirib ki, iki ölkə arasında əlaqələr inkişaf edir. 

"İndiyədək iki ölkə arasında 70-ə yaxın sənəd, o cümlədən iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutma haqqında sənədlər imzalanıb. Ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Azərbaycanın Mərkəzi Avropa üzrə ticarət nümayəndəliyi həmçinin, Almaniyanı əhatə edir. Bu nümayəndəlik Almaniya ilə ticarət əlaqələrinin inkişafında önəmli olacaq.

Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 555,8 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniyanın KfW Bankı, Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), ölkələrimiz arasında Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir.”

O bildirib ki, menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır.

Görüşdə Ş.Mustafayev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti olan alman şirkətlərinə dair məlumatı Almaniya tərəfinə təqdim edib, bunun yolverilməz olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, əczaçılıq, maşınqayırma, elektrotexniki avadanlıqların və kənd təsərrüfatı texnikasının birgə istehsalı, neft-kimya, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq imkanları genişdir. Azərbaycanda yaradılan sənaye zonalarında investorlar üçün yaradılan şərait və güzəştlər barədə məlumat verən nazir qeyd edib ki, alman şirkətləri sənaye zonalarına investisiya yatıra bilərlər. 2018-ci ildə istifadəyə veriləcək "SOCAR Polimer” zavodunun istehsal edəcəyi məhsullarla bağlı da birgə müəssisə yaradıla bilər. 

Nazir alman şirkətlərini Azərbaycanın tranzit imkanlarından yararlanmağa və Ələtdə yaradılacaq Azad İqtisadi Zonaya dəvət edib. Şərq Komitəsi tərəfindən Qərbi Balkan ölkələri və Ukrayna üçün elan edilən təqaüd proqramına Azərbaycanın salınmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Bundan başqa, Azərbaycanda Almaniya xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər.

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına maraq göstərdiklərini vurğulayıb, əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Volfqanq Büxele Azərbaycanın işğal altında olan ərazilərində alman şirkətlərinin fəaliyyəti məsələsinin araşdırılacağını və bu barədə Azərbaycan tərəfinə məlumat veriləcəyini bildirib.

Görüşdə iştirak edən Almaniyanın kənd təsərrüfatı texnikasının istehsalı, infrastruktur, enerji və qaz, yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...