Azərbaycanda ağır qəza - Sürücü əzilmiş maşının içərisində qaldı - SON DƏQİQƏ !

Azərbaycanda ağır qəza - Sürücü əzilmiş maşının içərisində qaldı - SON DƏQİQƏ !
 
Lənkəran-Boradigah yolunun Separadi kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Masallı sakini, 27 yaşlı Elton Qafarov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı qaz borusuna, daha sonra ağaca çırpılıb.

Avtomobilin ön hissəsi ciddi zərər görüb.

Bu zaman nəqliyyat vasitəsində olan sərnişin Cavid İsayev orada sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib. Briqada üzvləri Cavid İsayevi xilas ediblər.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində qaz xətti zədələndiyindən, yaxınlıqda yerləşən 20-yə yaxın evə təbii qazın verilişi dayandırılıb.

Eyni zamanda, hadisə baş verən Lənkəran-Boradigah yolunda avtomobillərin hərəkəti bir saata qədər məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...