Azərbaycanda adət: qəbir üstündə süfrə, aş, kabab... - Video

Azərbaycanda adət: qəbir üstündə süfrə, aş, kabab... - Video

Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloylardır. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimini qeyd edirlər.

Sfera.az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı Qax rayonunda ingiloyların qeyd etdiyi ölüləri ziyarətetmə mərasiminə qatılıb.

Azərbaycan ərazisində yaşayan ingiloylar xristian dininə sitayiş edirlər. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar. Standart olaraq, qəbir üstünə həm də plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi – red.) və çaxır aparılır. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.

Mərasimin başlanğıcında qəbrin üstündə şamlar yandırılır. Sonra nemətlər qəbrin üstünə düzülür və saqmel tökmə mərasimi olur. Saqmel - şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır. Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bu mərasim tərcümədə "ölünün adına duz tökmə" mərasimi adlanır.

Həmin saqmel, adətən çömçədəki közün üzərinə tökülür. Saqmel töküldükdən sonra, mütləq ölünün kişi qohumu əlində çaxır və ya araqla mərasimin açılışını elan edir. Bundan sonra hamı oturub yeyib-içir və evinə qayıdır.

Qax rayon Kötüklü kənd sakini Tina Babucaşvili həmin mərasimlə bağlı fikirlərini Sputnik Azərbaycan-ın əməkdaşı ilə bölüşüb. "Bu adət-ənənə bizə babalarımızdan qalıb. Biz bacardığımız qədər öz milli və dini adət-ənənələrimizi qorumağa çalışırıq" - o deyib.

"Bu mərasimi valideynlərimizdən bizə, bizdən də övladlarımıza ötürəcəyimiz ən dəyərli sərvət hesab edirik. Həmin gün bütün qohum-əqrəba bir yerə yığışır, görüşür və ölülərimizi yad edirik. Ölülərimizin ruhunu, onların xoşladıqları kimi süfrə açıb adlarına duz tökərək şad etdiyimizi düşünürük" - deyə Tina Babucaşvili bildirib.

Bu mərasimdə iştirak edərkən, hiss etdik ki, ingiloylar hələ neçə nəsil bu adətlərini qoruyub saxlamağa çalışacaqlar…


OXŞAR XƏBƏRLƏR

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...