Azərbaycanda A-92 benzini bahalaşır? - RƏSMƏN ELAN EDİLDİ

Azərbaycanda A-92 benzini bahalaşır? - RƏSMƏN ELAN EDİLDİ
"Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur".

Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. Üzeyir Həbibbəyli deyib ki, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində "SOCAR PETROLEUM" QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir:

"Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün "SOCAR PETROLEUM" QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.

"SOCAR PETROLEUM" QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".

Qeyd edək ki, benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.



OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...