Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı tükürpədici FAKTLAR ÜZƏ ÇIXDI - Onlar hara tələsirdi?

Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı tükürpədici FAKTLAR ÜZƏ ÇIXDI - Onlar hara tələsirdi?
Dünən Göygöl rayonu ərazisində, Daşkısın-Gəncə yolunun bu rayondan keçən hissəsində baş vermiş dəhşətli yol qəzasında ölən 8 nəfər bu gün dəfn edilib.

Sfera.az xəbər verir ki, qəzaya düşən "VAZ 2107"də ölən Daşkəsən rayon Mollahəsənli kənd sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, onun övladı 2018-ci il təvəllüdlü Rübabə Eldəniz qızı Həsənova, sürücünün nənəsi - 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və xalası, 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova bu gün kənd qəbiristanlığında dəfn edilib.

Həmin avtomobillə toqquşan "VAZ-2106"da vəfat edən sürücü, 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, sürücünün həyat yoldaşı 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və övladı, 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalov isə Gəncədə torpağa tapşırılıb.

Qəza nəticəsində E.Həsənovun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova isə ağır xəsarətlər alıb və hazırda Gəncədə xəstəxanada müalicə olunur.

Bildirilir ki, qəzaya düşən ailələrdən biri övladını həkimə, digəri isə sünnət olunmaq üçün aparırmış.

Belə ki, işdən bir neçə günlük məzuniyyət götürən eldəniz Həsənov həyat yoldaşı və yaxın qohumları ilə birgə 1 yaşlı qızı Rübabəni peyvənd olunması üçün xəstəxanaya aparırmış. Digər avtomobili idarə edən Aslan Camalov da məzuniyyətə çıxıbmış və 2 yaşlı oğlunu sünnət olunması üçün xəstəxanaya aparırmış.

Dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb, ilkin araşdırma zamanı qəzaya sürücülərdən birinin ötmə əməliyyatını düzgün icra etməməsi və maşınların qəzadan yayınmaq istəyərkən qarşı-qarşıya toqquşması səbəb olub. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...