Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO

Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO

Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin dövlət qeydiyyat nişanı satışa çıxarılıb.

Yerli internet portallarının birində 10-OO-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
 
Sfera.az xəbər verir ki, bu barədə aparıcı Tural Yusifov aznews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır. "Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır".
 
Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur: "Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır".


OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...