Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR
14:00 / 10.12.2019
2109
Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının birinci bəndində məhkəmə hakimiyyətinə ictimai qınaqla bağlı məsələlər öz əksini tapıb.
Sfera.az xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə bu gün keçirilən "İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda görüşdə çıxışı zamanı deyib.
"Qısa müddətdə 50-dən çox məhkəmədə monitorinq keçirilib, 100-dən çox hakimə irad məktubu göndərilib. Bəzi hallarda monitorinqlər nəticəsində ciddi pozuntulara yol verilməsinin şahidi olmuşuq. Bununla əlaqədar 2 hakim məhkəmə iltizamına cəlb edilib. Qısa müddət ərzində Məhkəmə-Hüquq Şurası 6 hakimi işdən uzaqlaşdırıb”.
"Dünyanın hər yerində hakimlər media ilə münasibətlərdə həvəsli deyil. Hakim proses aparır. Prosesə müdaxilə yolverilməzdir. Hakim bu barədə kiməsə məlumat verməyə məcbur deyil və bu onu düşündürmür. Məhkəmə-Hüquq Şurasının ötən iclasında məsələ ciddi müzakirə olundu və hansı tədbirlərin görülməsi zərurəti araşdırıldı. Hakimlər jurnalistlərə operativ məlumat verməkdə çətinlik çəkirlər. Bu da media nümayəndələri arasında narazılıq yardır. Belə qərara gəlindi ki, hər məhkəmədə bir hakim mətbuata cavab versin. Rayonlarda tək hakim var və onun məlumat verməsi məsələsi müzakirə olunur.