Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU
10:10 / 19.12.2019
1632
Dekabrın 17-də Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüsü yayılıb.
Sfera.az baku.ws- ə istinadən xəbər verir ki, hadisə yerində olan "Dünya TV"nin əməkdaşları baş verənləri çəkə bilib.
Qeyd edək ki, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi "Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb.
Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.