Azərbaycanda 114 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Azərbaycanda 114 xarici investisiyalı müəssisə qeydiyyata alınıb
Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, biznesin qeydiyyatının sadələşdirilməsi, sahibkarlara verilən dövlət dəstəyi və investorların maraqlarının müdafiəsinin təmin edilməsi sahəsində görülən işlər nəticəsində iş adamlarının bu sahəyə marağı artmaqdadır.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "Qafqazinfo”ya daxil olan xəbərədə bildirilir ki, Vergilər Nazirliyinin vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı informasiya bazasının martın 11-ə olan məlumatlarına əsasən, ölkədə cari ilin əvvəlindən 25508 sayda vergi ödəyicisi qeydiyyata alınıb. Onlardan 23828-i fiziki şəxs, 1680-i hüquqi şəxs, o cümlədən, 114-ü xarici investisiyalı müəssisədir.
Qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin maraq dairəsi də genişlənib. Onları cəlb edən sənaye, tikinti, nəqliyyat kimi sahələr sırasına turizm, xidmət və ticarət də əlavə olunub.
Ölkənin biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyi də artıb. Məsələn, yeni qeydiyyata alınmış müəssisələrdən kommersiya fəaliyyəti və idarəetmə sahəsində ixtisaslaşan "Sparkassen Advisory Services” MMC Almaniyanı, mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olan "General Engineering Services and Supply Company LP” Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını, bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi ilə məşğul olan "Trea International Group, İNC” şirkəti Amerika Birləşmiş Ştatlarını, nəqliyyat sahəsində ixtisaslaşmış "SKYBUS” MMC Estoniyanı, "United Alliance Group LTD” şirkəti Birləşmiş Ərəb Əmirliklərini, "Vega International Car Transport & Logistic-Trading Gesellschaft” şirkəti Avstriyanı təmsil edir.

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...