Azərbaycanda 10 manata otel açıldı – İLK DƏFƏ

Azərbaycanda 10 manata otel açıldı – İLK DƏFƏ

Azərbaycanda bir gecəlik qiyməti 10 manat olan hotel fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, adı çəkilən hotel Lənkəran rayonunun Göyşaban kəndində fəaliyyətə başlayan "Mandarin Hotel”dir. Hotelin rəhbəri Nazim Dədəcanov fins.az-a bildirib ki, hotel iki hissədən ibarətdir. Əsas binada bir nəfərlik qiyməti 25 manat olan 2- 3 nəfərlik otaqlar yerləşir. Otaqlar tam təmirlidir. Tək və iki nəfərlik çarpayılar var. Hər bir nömrənin ayrıca hamam və ayaqyolusu, televizor, istilik və soyutma sistemi var. Bu qiymətə səhər yeməyi də daxildir. Bir ay qalanlara qiymət 20 manatdan hesablanır.

Eləcə də bax: Azərbaycanda 15 manata da dincəlmək olar - NAZİR

10 manatlıq nömrələr isə hotelin ikinci korpusundadır. Burada sahəsi 6-12 kv.m olan təmirli otaqlarda 2, 4 və 5 nəfər yerləşə bilər. Bu otaqlarda bir nəfərin gecələməsi 10 manata başa gəlir. Otaqlarda açılıb-yığılan çarpayılar qurulur. İsitmə-soyutma sistemi var. Hamam və ayaqyolu isə ümumidir.

Hotelin restoranında yeməklərin qiyməti isə 2-6 manat arasında dəyişir. Yağ, pendir və yumurtadan ibarət səhər yeməyi 2 manata, kabab, dolma, bozbaş kimi ev yeməklərinin qiyməti isə 3,5 -6 manat arasında dəyişir.


OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...