Azərbaycana qarşı daha bir erməni təxribatı - Bu dəfə dünyaca məşhur jurnalda

Azərbaycana qarşı daha bir erməni təxribatı - Bu dəfə dünyaca məşhur jurnalda
Dünyanın və ABŞ-ın ən böyük elmi-araşdırma təşkilatlarından biri olan "Milli Coğrafiya Cəmiyyəti"nin dünyaca məşhur nəşri - "National Geographic" jurnalının rus dilində olan bölməsində Azərbaycan milli xörəkləri erməni milli xörəyi kimi təqdim olunub.
 
 Yelena Titok adlı müəllifin qələmə aldığı yazıda ermənilərə "məxsus" 9 yeməyin  adı çəkilir və onlar haqqında məlumat verilir.
Məqalədə adı keçən yeməklərin əksəriyyəti Azərbaycan milli yeməkləri olub. Bunların arasında xaş, dolma, qutab, kətə yer alıb. Məqalədə iddi olunur ki, bunlar ermənilərin milli yeməkləridir.
 
Məlumat üçün bildirək ki, 1888-ci ildən nəşr olunan "National Geographic" jurnalının aylıq tirajı 12 milyon ədədəddir. Ayda bir dəfə çap olunan "National Geographic"ın 8,5 milyon ədədi ingilis dilində buraxılır. Bundan başqa hər ay dünyanın 32 dilində 3,5 milyon "National Geographic" jurnalı çap olunmaqdadır.
Məqalə ilə bu linkdən tanış ola bilərsiniz: //www.nat-geo.ru/food/1268027-9-blyud-kotorye-nuzhno-poprobovat-v-armenii/Yeniavaz.com 

OXŞAR XƏBƏRLƏR