Azərbaycana PUA satan şirkətin İlisenziyası bırpa edildi–Şirkətə qoyulan qadağanın səbəbi nə idi?

Azərbaycana PUA satan  şirkətin İlisenziyası bırpa edildi–Şirkətə qoyulan qadağanın səbəbi nə idi?
Anna Ahronhaym

"Jerusalem Post”, 05.02.2019

 
Müdafiə Nazirliyi, İsrail qanunvericiliyinə zidd olaraq, intiharçı dronlardan birinin erməni hərbçilərinə qarşı sınanması şübhəsi ilə dayandırılan müdafiə sənayesi şirkətinin ixrac lisenziyasını yenidən bərpa edib. Bu həmin şirkətə bir daha pilotsuz uçan aparatları (PUA) satmağa imkan verib.

Müdafiə sənayesi podratçısı "Aeronautics Ltd.” Təl-Əviv Fond Birjasını Bazar ertəsi günü məlumatlandırıb: "Müdafiə Nazirliyi şirkətə verilmiş lisenziyanın dayandırılmasının dərhal ləğv olunduğunu elan edib. Şirkət sözügedən müştərini PUA ilə ən qısa müddətdə təmin edə bilər”.

Şirkətin ixrac lisenziyası bərpa edilərkən və onun Orta Asiya (Cənubi Qafqaz – tərc.) ölkəsinə PUA satmaq hüququ təmin edərkən, üç üst səviyyəli idarəçi – Amos Matan, CEO müavini Meir Rizmoviç və üçüncü anonim işçinin ixrac lisenziyası hələ də dayandırılmış qalır.

"Aeronautics”-dən bildiriib ki, "bu müvəqqəti dayandırılmadır, işçilərə qarşı məhkəmə iddiası qaldırmaq və ya qaldırmamaq qərarına qədər o, qüvvədə qalacaq”.

"Aeronautics Ltd.”-in ixrac lisenziyasını Müdafiə Nazirliyi "Maariv” qəzetinin xəbərindən sonra dayandrmışdı. "Maariv”in xəbərinə görə, 2017-ci ildə şirkətə məxsus komanda "Orbiter 1K UAV”-ın satışına dair müqaviləni yekunlaşdırmaq üçün Azərbaycana gəlib. Onlardan erməni hərbi mövqeyinin vurulması istənilib.

"Maariv”in xəbərinə əsasən, PUA-nı idarə edən iki israilli bu istəyi yerinə yetirməkdən imtina edib, şirkətin üst səviyyəli nümayəndələri dronu nəzarətə alıb və aparatı özləri idarə edərək son nəticədə hədəfi vurmayıblar.

Bu məlumatın yayılmasından sonra Müdafiə Nazirliyi şirkətin "Orbiter 1K” model PUA üçün marketinq və ixrac icazəsini dayandırıb.

Hər hansı bir qanunsuzluğu inkar edən "Aeronautics”-in məlumatına görə, Azərbaycanla "Orbiter 1K”-ya dair müqavilə 20 milyon dollara başa gəlib və lisenziyasının dondurulması şirkətin PUA ixracına maneəni nəzərdə tuturdu.

"Orbiter 1K” – 1-dən 2 kiloqrama qədər xüsusi partlayıcı yük daşımaq qabiliyyətli intiharçı PUA-dır. Daşına bilinən, nəqliyyat vasitəsinə quraşdırılmış PUA gündüz və gecə gömə qabiliyyətli çoxsensorlu kameraya malikdir və 2-3 saat ərzində uçuş edə bilər.

Katapultdan buraxıldıqdan sonra o, müstəqil şəkildə sahəni skanerləşdirir, hərəkət edən və ya sabit qalan hədəfi aşkarlayır və daha sonra məhv edə bilər. Hədəf aşkar edilmədikdə, sistemin bərpa qabiliyyəti ona paraşüt və hava yastığından istifadə edərək bazaya qayıtmağa və yerə enməyə imkan verir.

"Aeronautics” 2011-ci ildə şirkətin "Aerostar” və "Orbiter” PUA-larının istehsalı üçün Azərbaycanda bir zavod açıb.

İranla həmsərhəd olan Orta Asiya (Cənubi Qafqaz – tərc.) ölkəsi İsrailə xam neftin əsas tədarükçüsü və son illərdə İsrailin hərbi texnikasının əsas alıcısıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) Azərbaycanı 2017-ci ildə İsrail silahları alan (137 milyon dollar) üçüncü ən böyük istehlakçı elan edib.

2016-cı ildə Dağlıq Qarabağ anklavı ilə əlaqədar Azərbaycanla Ermənistan arasında baş verən hərbi toqquşma zamanı (aprel döyüşləri – tərc.) rəsmi Bakının, "Harop” dronu ilə 7 erməni əsgərinin öldürdüyü bir avtobusun hədəf alınması da daxil olmaqla, erməni hədəflərinə qarşı İsrail PUA-larından istifadə etdiyi bildirilib.

Azərbaycan daxilində yerləşən Dağlıq Qarabağ, Orta Asiya (Cənubi Qafqaz – tərc.) ölkəsinin bir hissəsi kimi beynəlxalq səviyyədə tanınır, ancaq onun böyük hissəsi 1990-cı illərdə İrəvanın dəstəklədiyi, dağlıq bölgəni idarə edən separatçıların nəzarətindədir.

1994-cü ildə iki düşmən tərəfin arasında atəşkəsin bərqərar edilməsinə baxmayaraq, heç bir sülh müqaviləsi imzalanmaıb və son illərdə anklavla bağlı uzun müddətli mübahisə onlarla əsgərin ölümünə səbəb olub.Strateq.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...