Azərbaycana məxsus PUA-nın vurulması yalandır
11:35 / 20.03.2018
2652
Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın vurulması ilə bağlı yayılan xəbəri təkzib edib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata əsasən, mətbuatda yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur:
"Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”.