Azərbaycana İranda futbol oynamamaq tövsiyə olundu

Azərbaycana İranda futbol oynamamaq tövsiyə olundu

FIFA-nın ardından UEFA qadınların stadiona girişinə qadağa qoyulan ölkələrlə də mübarizəyə başlayıb. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında bu barədə qərar verilib.

Qurum UEFA-ya üzv olan assosiasiyalara tövsiyə edəcək ki, öz oyunlarını qadınların stadionlara girişinə qadağa qoyan belə ölkələrdə keçirməsinlər. AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) da məhz UEFA-ya üzv qurumlardan biridir. UEFA prezidenti Aleksandr Çeferin bu barədə danışıb: 

 

"Biz üzvlərimizin təmsilçiləri bu ölkələrdə futbol oynasa, onları cəzalandıra bilmərik. Çünki bu, bizim yurisdiksiyamızdan kənardadır. Ancaq biz buna sakit qala və heç bir şey etməyə bilmərik. Biz Avropa futbolunu inkişaf etdirməliyik.

55 assosiasiyaya və bütün klublara məsləhətimiz odur ki, qadınların fundamental hüquqlarına hörmət qoyulmayan yerdə və ya bu ölkədən olan komandalarla oynamasınlar. Klub və liqa nümayəndələri də bizimlə razılaşdı”.

Qeyd edək ki, İranda qadınların stadiona girişinə qadağa var. Bu ayın əvvəlində bir qadın stadiona gizlicə girmiş və buna görə həbs olunacağını bildiyindən, özünü yandırmışdı. Ona görə də FIFA bu ölkəyə qarşı sanksiya tətbiq edib. İrana oktyabrın 10-da Tehranda Kamboca ilə oyunda stadiona qadınların buraxılmasını təmin etməsi tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...