Azərbaycana görə Ermənistan parlamentində DAVA DÜŞDÜ - VİDEO

Azərbaycana görə Ermənistan parlamentində DAVA DÜŞDÜ - VİDEO
Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

"Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” fraksiyasının deputatları arasında mübahisə baş verib.

"İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan Ermənistanın xarici siyasətini tənqid edib və səfirlərin səmərəli fəaliyyət aparmadığını bildirib. O, Ukraynadakı erməni səfirin fəaliyyətini nümunə olaraq göstərib.

"Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan Babacanyanı yalan danışmaqda ittiham edib.

"Cənab Babacanyan, siz yəqin ki, mənim üç il Ukraynadakı səfirimiz Andranik Manukyanın məsləhətçisi işlədiyimdən xəbərsizsiniz. Sizin səsləndirdiniz tezislər və ittihamlar əsasən Ermənistanın informasiya sahəsinə Azərbaycan tərəfindən ötürülən məlumatlardır. Sizi bu tribunadan Azərbaycanın tezislərini səsləndirməyə nə vadar edir?!”, - deyə o bildirib.

"İşıqlı Ermənistan” fraksiyasının deputat qrupu isə Abovyana yerlərindən etiraz ediblər, ardınca "Çiçəklənən Ermənistan” fraksiyasının deputat qrupu prosesə müdaxilə edib. Bundan sonra qarşıdurma yaşanıb. Sonda isə spiker Ararat Mirzoyanın müdaxiləsindən sonra deputatlar sakitləşib.Publika.



OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...