Azərbaycana AĞIR İTKİ: O məşhur qəflətən dünyasını dəyişdi - FOTO

Azərbaycana AĞIR İTKİ: O məşhur qəflətən dünyasını dəyişdi - FOTO
Azərbaycan Milli Aviasiya Akademiyasının sabiq rektoru, professor İlyas Musa oğlu Əliyev vəfat edib.

Sfera.az report-a istinadən xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib.

İ.Əliyev son illər Təfəkkür Universitetinin Nəqliyyat və tətbiqi mexanika kafedrasının müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Əliyev 1943-cü il iyunun 1-də Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil alıb. 1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1993-cü ildən fizika-riyaziyyat elmləri doktorudur. 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının "Fizika” İnstitutunda mühəndis qrup rəhbəri, "Kosmik tədqiqatlar elmi istehsalat birliyində” laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. Dörd ildən çox "Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il "Kosmik tədqiqatlar elmi istehsalat birliyinin” xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışıb.

1985-1992-ci illərində "Kosmik tədqiqatlar elmi istehsalat birliyinin”, "Təcrübə sınaq” zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, "Kosmik tədqiqatlar elmi istehsalat birliyində” baş mühəndis vəzifələrində işləyib. 1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olub.

2000-ci ildən Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləyib.

70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.
 



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...