Azərbaycana 40 santimetr qar yağıb

Azərbaycana 40 santimetr qar yağıb
Yanvarın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub.
 
Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.
 
"Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18,  Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib. 
 
Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub”-, deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...