Hadİsə

Azərbaycana 2900 "Afrika şiri" gətirmək istədilər

Azərbaycana 2900
Dərmanlar "Qırmızı Körpü" gömrüyündə aşkarlanıb

Azərbaycana gizli yolla dərman və içki gətirilməsinin qarşısı alınıb. Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 16 ədəd üzərində "Nemirovskaya" yazısı olan spirtli içki və 2900 ədəd üzərində "Afrika şiri" yazısı olan dərman preparatları aşkar edilib.

  

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031