İqtİsadİyyat

Azərbaycana 1 milyondan çox turist gəlib

Azərbaycana 1 milyondan çox turist gəlib
Bu il Azərbaycana 1,3 milyon turist gəlib
 
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlardır.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031