Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma seçkiləri tanımır
Siyasət
16:22 / 10.06.2019
2412
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilmiş qondarma seçkilərlə bağlı açıqlama yayıb. Bu barədə "Qafqazinfo”ya Nazirliyin Mətbuat Xidməti idarəsindən məlumat verilib.
Açıqlamada bildirilir ki, Azərbaycan XİN Gürcüstanın beynəlxalq tanınmış sərhədləri ərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri tanımır.