Azərbaycan xalqına güllə atmaq istəyən kimdir?- Video
15:12 / 05.03.2019
3005
Fransada yaşayan, siyasi mühacir kimi özünə sığınacaq tapan Vidadi İsgəndərli bu dəfə canlı yayımda iç üzünü açıb.
Canlı yayımda Azərbaycan xalqını təhqir edən Vidadi İsgəndərli bu təhqirə hansı don geyindirməsi olduqca maraqlıdır.
"Mən Fransa ordusunda döyüşməyə hazıram”-deyən Vidadi İsgəndərli bu sözü ilə qondarma erməni soyqırımına don geyindirmiş olur. Vidadi İsgəndərli şərəfdən danışır, ancaq şərəfin nə olduğunu da demək istəmir.
"Mən müharibə başlasa əlimə silah erməni tərəfdə döyüşəcəm”-bu sözü də Vidadi İsgəndərli deyir. Vidadinin nə demək istədiyini anladınız yəqin. Yəni Vidadi İsgəndərli demək istəyir ki, mən Azərbaycan xalqına güllə ataram. Zatən Vidadi bunu canlı yayımda açıq şəkildə deyir. Səbəbi bəlli olmasa da erməni Arakellə, Vartanla birləşib lap ikinci Xocalı faciəsini törədə də bilər.
Mənim heç Vidadi İsgəndərli ilə tanışlığımda yoxdur. Ancaq bu videoya baxdıqdan sonra özünə azərbaycanlı deyən Vidadinin azərbaycanlı olmasına şübhə edirəm. O, nə azərbaycanlı, nə də fransız deyil. O, bu sözlərlə hansı millətin nümayəndəsi olmasını sübut edir. İnsan çətin anda, dara düçəndə kimliyini birüzə verir, iç üzünü açır. Vidadi İsgəndərli də çətin anda əsl milliyətini, kimliyini açmış oldu. İndi Vidadini dəstəkləyənlərə bir sözüm var. Kimin yanındasınız? Ermənini müdafiə edən, bizə güllə atacağını deyən Vidadinin, yoxsa bizi əlində müdafiə edən Azərbaycan oğlunun...