Azərbaycan vizasız səfər edənlər arasında bir pillə irəliləyib

Azərbaycan vizasız səfər edənlər arasında bir pillə irəliləyib

Yanvarın 8-də "Henley & Partners" şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb.

Sfera.az xəbər verir ki, indeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).

Böyük Britaniya və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə) bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə ilk sırada idilər) hər iki ölkənin "bağlı qapılar" siyasəti ilə izah edirlər.

2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.

Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib - müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...