Cəmİyyət

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Türkiyədə yaşayan Azərbaycan vətəndaşları "ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər.

Sfera.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə "ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.

F.Muradov bildirib ki, hazırda Türkiyədə yaşayan və müxtəlif sənədlərin alınmasına ehtiyacı olan Azərbaycan vətəndaşlarının sayı müəyyənləşdirilir.

Sənədlərin və şəxsiyyət vəsiqələrinin verilməsi üçün "ASAN Xidmət”in səyyar resurslarından istifadə olunacaq. (Trend)

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829