Sİyasət

Azərbaycan və Monteneqro prezidentləri arasında görüş olub

Azərbaycan və Monteneqro prezidentləri arasında görüş olub

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.


ONA xəbər verir ki, Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini deyib.


 

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələr olduğunu və birgə uğurlu layihələrin həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələri həyata keçirildiyini diqqətə çatdırıb.


 

Qeyd olunub ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da deyib.


 

Monteneqro Prezidenti qeyd edbi ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.


 

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirib.

 

Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparılıb.


XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031