Gündəm
Sİyasət

Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklər

Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklər
BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
 
Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.  

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
 
AdRiver

XƏBƏR LENTİ