Gündəm

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı
Xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək.

XİN-dən Sfera.az-a daxil olan məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728